Bank Of Baku

Naxçıvan sakini tapdığı silah-sursatı polisə təhvil verib

Naxçıvan sakini tapdığı silah-sursatı polisə təhvil verib
# 10 sentyabr 2008 11:20 (UTC +04:00)
Bakı-APA. Naxçıvan şəhər sakini Nəcməddin Məmmədov tapdığı silah-sursatı könülü olaraq polisə təhvil verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, N. Məmmədov Naxçıvan şəhərində, "Köhnə Qala" adlanan ərazidə 2 ədəd "AKMS" silahı, 2 ədəd ov tüfəngi, 1 ədəd qaz tapançası, 7 ədəd qumbara, 236 ədəd müxtəlif çaplı patron, 13 ədəd güllə darağı, 1 ədəd tüstüverici şaşka və 7 ədəd qumbara alışdırıcısı tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR