Bank Of Baku

Gəncədə 13 yaşlı uşaq məşq zamanı ölüb

Gəncədə 13 yaşlı uşaq məşq zamanı ölüb
# 10 sentyabr 2008 12:04 (UTC +04:00)
Gəncə-Nəzakət Məşədiəliqızı-APA. Bu gün saat 10 radələrində “Zenit” İdman Cəmiyyətinin Gəncə şəhər şöbəsində güləşlə məşğul olan, şəhər sakini 1995-ci il təvəllüdlü Səməd Əsgərov məşq zamanı ölüb. Bu barədə APA-nın Qərb bürosuna
Gənclər və İdman Nazirliyinin Gəncə Şöbəsinin müdiri Möhsün Hüseynov bildirib. Məlumata görə, S. Əsgərovla birgə məşq edən uşaqlar mərhumun məşqə gələn zaman qarın nahiyəsində ağrılardan şikayətləndiyini bildiriblər. Hazırda meyit üzərində tibbi-ekspertiza aparılır. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR