Bank Of Baku

Azərbaycan Ali Məhkəməsi sabiq nazirin şikayətlərini təmin etməyib

Azərbaycan Ali Məhkəməsi sabiq nazirin şikayətlərini təmin etməyib
# 16 sentyabr 2008 11:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) və Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) qarşı verdiyi kasasiya şikayətləri üzrə məhkəmə prosesləri keçirilib. Ə. İnsanovun vəkili Ağaveyis Şahverdi APA-ya bildirib ki, hakim Bağır Əsədovun sədrliyi ilə keçirilən hər iki prosesdə sabiq nazirin şikayətləri təmin olunmayıb.

Vəkil bildirib ki, Ə. İnsanovun AzTV-yə qarşı iddiası şərəf və ləyaqətin müdafiəsi tələbi, AMEA ilə bağlı iddiası isə qurumun ümumi yığıncağının qərarının etibarsız hesab edilməsi ilə bağlı olub. A. Şahverdi sabiq nazirin Ali Məhkəmənin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini deyib.

Qeyd edək ki, Ə. İnsanov məhkəmə iddiasında həbs ediləndən sonra AzTV-də onun bağ evində aparılan çəkilişə, məhkəmədən əvvəl cinayətkar kimi təqdim olunmasına, digər iddiasında isə həbs ediləndən sonra AMEA Rəyasət Heyətinin üzvlüyündən qanunsuz xaric edilməsinə etiraz edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR