Bank Of Baku

FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yayıb

FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yayıb
# 14 iyun 2026 18:03 (UTC +04:00)

Ağdam rayonunun Qaradağlı kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, kənddə bir dam altında tikilmiş ümumi sahəsi 1613 m² olan birmərtəbəli tikililərdən sahəsi 690 m² olan anbarın, sahəsi 90 m² olan tikinti materialları satışı mağazasının, sahəsi 220 m² olan ikiotaqlı evin yanar konstruksiyaları və sahəsi 85 m² olan talvarın taxta atmaları 30 m² (ümumilikdə 1030 m²) sahədə yanıb.

Talvarın qalan hissəsi, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR