Bank Of Baku

Bakıda kafe qarət edilib

Bakıda kafe qarət edilib
# 22 sentyabr 2008 09:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Əzizbəyov rayonunda yerləşən “Mərdəkan” kafesi qarət edilib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə baş verib. Naməlum şəxslər rayon ərazisində yerləşən “Mərdəkan” kafesinə daxil olaraq kassadan küllü miqdarda pul çıxarıblar. Hadisə ilə əlaqədar dərhal əməliyyat qrupu yaradılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1967-ci il təvəllüdlü Əbülfəz Novruz oğlu Abbasov şübhəli şəxs qismində saxlanılıb. Baş vermiş hadisə ilə əlaqədar Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR