Bank Of Baku

Saxta sənəd satan Füzuli sakini tutulub

Saxta sənəd satan Füzuli sakini tutulub
# 23 sentyabr 2008 12:35 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri M. Rüstəmov küçəsində yaşayan Füzuli rayon sakini Kərəm Əliyev 5 il stajı olan əmək kitabçasını, habelə İsrafil Həmzəyevin adına orta məktəbi bitirməsi haqqında saxtalaşdırılmış attestatı Mərdəkan qəsəbə sakini Elqar Axundova müvafiq olaraq 200 və 1000 manata satarkən tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. K. Əliyevin mənzilinə baxış zamanı 32 ədəd doldurulmamış attestat, 1 ədəd Füzuli rayonu Zərgər kənd orta məktəbinə məxsus möhür və 2 ədəd ştamp aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR