Bank Of Baku

Kürdəmir sakinlərindən narkotik vasitə götürülüb

Kürdəmir sakinlərindən narkotik vasitə götürülüb
# 24 sentyabr 2008 08:16 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov-APA. Kürdəmir rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları Atakişili kəndi sakini, 1975-ci il təvəllüdlü Əhmədov Cəfər Yaşar oğlunu və Sığırlı kənd sakini, 1983-cü il təvəllüdlü İdrisov Mirbala Novruz oğlunu şübhəli şəxs qismində saxlayıblar. Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, axtarış tədbirləri nəticəsində C. Əhmədovun üzərindən 0,10 qram, M. İdrisovun üzərindən 0,27 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb. Məlumata görə, saxlanılan şəxslər gəncləri narkotik vasitələrindən istifadəyə həvəsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR