Bank Of Baku

Lənkəran sakini piyadanı vurub

Lənkəran sakini piyadanı vurub
# 24 sentyabr 2008 08:38 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev –APA. Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə Ələt-Astara yolunun 220-ci kilometrliyində - Lənkəran şəhəri ərazisində qeydə alınıb. Lənkəran rayonunun Kosalar kənd sakini Anaxanım Vəliyevanın idarə etdiyi “Assaman” markalı, 90-AE-139 dövlət nömrə nişanlı avtomobil rayonun Şilavar kənd sakini Azad Hüccətovun idarə etdiyi “OKA” markalı, 42-BE- 448 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. İdarə etdiyi avtomobilin hərəkətini tənzimləyə bilməyən A. Vəliyeva yolun kənarında basdırılmış dəmir dirəkləri yerindən çıxararaq piyada, Lənkəran sakini, 1948-ci il təvəllüdlü Əli Rəhimovu vurub. Xəsarət alan Ə. Rəhimov Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib. Faktla da bağlı Lənkəran Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR