Bank Of Baku

Azərbaycan paytaxtında atışma baş verib

Azərbaycan paytaxtında atışma baş verib
# 13 oktyabr 2008 08:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Ötən gecə Bakı şəhərində atışma baş verib. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə saat 00.00 radələrində Neftçilər Metro Stansiyanın yaxınlığında baş verib. Atışma baş verən əraziyə gedən 25-ci Polis Bölməsinin əməkdaşları hadisə yerindən 5 giliz aşkar edərək götürüblər. Hadisənin hansı zəmndə baş verməsi hələlik məlum olmasa da, ölən və xəsarət alanların olmadığı bildirilib. Polis İdarəsindən bildirilib ki, hadisəni törədənlərin şəxsiyyəti artıq müəyyən edilib və onların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR