Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binası yanır - YENİLƏNİB

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binası yanır - <font color=red>YENİLƏNİB</font>
# 13 oktyabr 2008 11:46 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, dərhal hadisə yerinə 10-dək yanğınsöndürən maşın cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür. Hadisə yerində operativ qərargah yaradılıb.

Yanğının binanın dam örtüyündə başladığı bildirilir.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də hadisə yerindədir.

Ə. Qarayev APA-ya açıqlamasında deyib ki, hadisə zamanı xəsarət alan olmayıb. O, yanğının yağışlar zamanı islanmış rekvizitlər olan yerdə baş vermiş qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu deyib. Nazir artıq yanğının məhdudlaşdırıldığını söyləyib.

Qeyd edək ki, teatrın binası hazırda təmirdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR