Bank Of Baku

Dağıstan Daxili İşlər Nazirliyində çalışan azərbaycanlı milis mayoru qətlə yetirilib

Dağıstan Daxili İşlər Nazirliyində çalışan azərbaycanlı milis mayoru qətlə yetirilib
# 13 oktyabr 2008 11:56 (UTC +04:00)
Bu barədə APA-ya Dağıstanda yaşayan azərbaycanlılar məlumat verib. Qətl hadisəsi oktyabrın 11-dən 12-ə keçən gecə Mahaçqala şəhərinin Şamxal qəsəbəsində baş verib. 1965-ci ildə Zaqatalada anadan olan Elman Arif oğlu Dibrayev şəxsi avtomobilinə minmək istəyərkən naməlum şəxslər tərəfindən avtomatdan atəşə tutulub. E. Dibrayev hadisə yerindəcə keçinib və o, bu gün doğulduğu Zaqatala rayonunda torpağa tapşırılıb. Hazırda Dağıstan milisi hadisənini törədənlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Məlumata görə, E. Dibrayev Dağıstan Daxili İşlər Nazirliyində çalışıb və onun təqaüdə getməsinə 1 il vaxtı qalmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR