Bank Of Baku

Astarada boğulmuş qadın meyiti tapılıb

Astarada boğulmuş qadın meyiti tapılıb
# 13 oktyabr 2008 13:04 (UTC +04:00)
Astara. Ağəddin Babayev-APA. Astara rayonunda qətl hadisəsi baş verib. Astara rayon Prokurorluğundan APA-nın Cənub bürosuna verilən məlumata görə, bu gün səhər saat 10.00 radələrində prokurorluğa rayonun Siyəkü ərazi vahidliyinin Fətəli Oba yaşayış məntəqəsində qadın meyitinin tapılması barədə məlumat daxil olub. Prokurorluğun əməliyyat-axtarış qrupu hadisə yerinə gedib. Qətlə yetirilən şəxslin Astara rayonunun Siyəkü kənd sakini 1980-ci il təvəllüdlü Validə Balağa qızı Fətəliyeva olduğu aşkarlanıb. Meyitə baxış zamanı onun boğaz nahiyəsində barmaqla boğulma izləri aşkarlanıb. Məlumata görə, V. Fətəliyeva 4 yaşlı oğlu Surac Elşən oğlu Fətəliyevlə bir yerdə yaşayırmış. Qeyd olunub ki, 5 il əvvəl Elşən Fətəliyevlə ailə həyatı quran V. Fətəliyeva 1 il sonra ondan boşanıb. İlkin ehtimallara görə, görə qətl ailə münaqişəsi zəminində V. Fətəliyevanın keçmiş həyat yoldaşı tərəfindən törədilib. Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR