Bank Of Baku

Elçin Behbudov Zakir Nəsirovla görüşüb

Elçin Behbudov Zakir Nəsirovla görüşüb
# 13 oktyabr 2008 13:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Milli Təhlükəsizlik Naziriliyinin istintaq təcridxanasında monitorinq keçirib. Bu barədə APA-ya məlumat verən komitə sədri orada Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, ömürlük məhbus Zakir Nəsirovla görüşdüyünü deyib. Z. Nəsirovun səhhətindən heç bir problemin olmadığını qeyd edən hüquq müdafiəçisi deyib ki, məhbus istintaqla bağlı bəzi problemlərinin olduğunu bildirib.
E. Behbudov MTN-nin istintaq təcridxanasında 66 şəxsin 15 oktyabr prezident seçkilərində səs verəcəklərini bildirib. Səsvermə təcridxananın idman zalında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR