Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş verən yanğın söndürülüb - FOTOSESSİYA

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş verən yanğın söndürülüb - <font color=red>FOTOSESSİYA</font>
# 13 oktyabr 2008 13:46 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, dərhal hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğının söndürülməsi üçün lazımi tədbirlər görülüb, hadisə yerində operativ qərargah yaradılıb. Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də gəlib.

Ə. Qarayev APA-ya açıqlamasında deyib ki, hadisə zamanı xəsarət alan olmayıb. O, yanğının yağışlar zamanı islanmış rekvizitlər olan otaqda qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu deyib.

Mədəniyyət və Turizm Nazirliyi Tikilən Obyektlərin Birləşmiş İdarəsinin rəisi Zakir Sultanov APA-ya açıqlamasında hadisənin teatrın 5-ci mərtəbəsində köhnə əşyaların yığıldığı otaqda baş verdiyini deyib. Onun sözlərinə görə, yanğının dərhal söndürülməsinə həmin otağa girişin çətinliyi səbəb olub: “Hadisə zamanı heç kəs xəsarət almayıb”.

Qeyd edək ki, saat 13.30 radələrində başlayan yanğın saat 15.30-da tam söndürülüb.

Əlavə edək ki, teatrın binası hazırda təmirdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR