Bank Of Baku

Bu ilin 9 ayı ərzində Bakıda baş verən yol qəzalarında 243 nəfər ölüb

Bu ilin 9 ayı ərzində Bakıda baş verən yol qəzalarında 243 nəfər ölüb
# 13 oktyabr 2008 14:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu ilin 9 ayı ərzində Azərbaycan paytaxtında baş verən yol qəzalarında 243 nəfər ölüb. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib. O, ilin 9 ayı ərzində 976 yol-qəza hadisəsinin baş verdiyini, nəticədə 243 nəfərin öldüyünü, 1091 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 6,1%, ölənlərin sayı 10,3%, xəsarət alanların sayı 7,6% azalıb. Nəqliyyat vasitələrini yüksək sürətlə idarə edən 16535 sürücü məsuliyyətə cəlb edilib. Yol qəzalarının 52%-i piyadalarla bağlıdır. Eyni dövrdə paytaxtda piyadaların vurulması ilə nəticələnən 507 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 120 nəfər həlak olub və 428 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR