Bank Of Baku

Bakıda və Qəbələdə baş verən yol qəzaları ölümlə nəticələnib

Bakıda və Qəbələdə baş verən yol qəzaları ölümlə nəticələnib
# 13 oktyabr 2008 15:03 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 11-də saat 21.00 radələrində Nizami rayonundakı Qara Qarayev prospektində, Bakı şəhər sakini Elman Alqayevin idarə etdiyi "Toyota" markalı və Ucar rayon sakini Ülvi Məmmədovun idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə Ü. Məmmədovun xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Elçin Hüseynov, Bəylər Məmmədov və 1975-ci il təvəllüdlü Bəxtiyar Fikrət oğlu Vahabzadə xəstəxanaya yerləşdirilib. Həmin gün saat 21.00 radələrində Bərdə rayonu ərazisində, rayon sakini Fazil Muradovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla Qarabağ qəsəbə sakini Tariyel Əliyevin idarə etdiyi "MTZ-50" markalı traktor toqquşub. Nəticədə xəsarət alan F. Muradov, sərnişinləri, Bərdə rayon sakini Əvəz Bayramov və Xanərəb kənd sakini Həsrət Qarayeva xəstəxanaya yerləşdiriliblər. Ə. Bayramov xəstəxanada dünyasını dəyişib. Oktyabrın 12-də isə saat 16.30 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndində, rayon sakinləri Mirzəcan Abbasovun idarə etdiyi "VAZ-21063" markalı və Balakişi Umudəliyevin idarə etdiyi "VAZ-2101" markalı avtomaşınların toqquşması nəticəsində M. Abbasovun sərnişinlərindən, həmyerlisi Sammit Əzizov hadisə yerində ölüb. M. Abbasov özü və Bılıx kənd sakini Sabir Əzizov xəstəxanaya yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR