Bank Of Baku

Bakıda 9 ayda 362 min 571 sürücünün yol-hərəkəti qaydalarını pozub

Bakıda 9 ayda 362  min 571 sürücünün yol-hərəkəti qaydalarını pozub
# 13 oktyabr 2008 15:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda bu ilin 9 ayı ərzində 362 min 571 sürücünün yol-hərəkəti qaydalarını pozması faktı qeydə alınıb. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib. Bunlardan avtomobili sərxoş vəziyyətdə idarə edən 6184, qəza şəraiti yaradan 4238, dəmir yol keçidi qaydalarını pozan 71, işıqforun tələblərini pozan 13898, sərnişin daşıma qaydalarını pozan 6419, pərdəli, plyonkalı və rəngli şüşələrdən istifadə edən 578, dövlət nömrə nişanı olmadan maşını idarə edən 763, manevr qaydalarını pozan 18 000, avtoxuliqanlıq edən 529, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən 6576 sürücü aşkar edilərək saxlanılıb və məsuliyyətə cəlb olunublar. V. Əsədov deyib ki, son 9 ay ərzində DYP əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobillərdən silah-sursat və narkotik vasitə götürülüb. Götürülmüş silah-sursat Daxili İşlər Nazirliyinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR