Bank Of Baku

Qax sakini yol qəzasında ölüb

Qax sakini yol qəzasında ölüb
# 13 oktyabr 2008 16:41 (UTC +04:00)
Qax. Vüqar Heydərov-APA. Qax rayonunun Süsgənc kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Yevlax rayonunun Xaldan kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Ramiz Sabit oğlunun idarə etdiyi daşla yüklənmiş “KamAZ” markalı 45-BY-753 dövlət nömrə nişanlı avtomaşın aşıb. İlkin məlumata görə, maşının aşmasına tormoz sisteminin xarab olması səbəb olub. Maşında olan 1961-ci il təvəllüdlü Qax rayonu Ləkit kənd sakini Rəhimov Vəli Şakir oğlu üzərinə daş düşməsi nəticəsində hadisə yerində ölüb. Sürücü R. Məmmədov və digər sərnişin 1967-ci il təvəllüdlü Ləkit kənd sakini Vahabov Beray Vahab oğlu bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR