Bank Of Baku

Bakı sakininin evindən 4 min dollar oğurlanıb

Bakı sakininin evindən 4 min dollar oğurlanıb
# 15 oktyabr 2008 10:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakı sakininin evindən 4 min dollar oğurlanıb. Binəqədi rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə rayonun 1-ci Mədən küçəsində Valeh Canbaxış oğlu Müslümova məxsus evdə baş verib. Qarətçilər evdən 3350 ABŞ dolları və 490 manat pul götürüblər. RPİ-nin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarş tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Emin Fəxrəddin oğlu Məsdanlı həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR