Bank Of Baku

Bakı sakinləri dərmandan zəhərlənərək ölüblər

Bakı sakinləri dərmandan zəhərlənərək ölüblər
# 15 oktyabr 2008 11:00 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 13-də Əzizbəyov rayonunun Binə qəsəbə sakini Xəyal Heydərov evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, oktyabrın 11-də 1-ci Yasamal küçəsində yaşayan Samirə Yəhyayeva da evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya aparılıb və oktyabrın 14-də orada ölüb. Oktyabrın 14-də isə Masallı rayonunun Ərkivan qəsəbəsindəki aptekdə, orada əczaçı işləyən Rafiq Paşayev rayon sakini Əzim Bayramova iynə vurub. Ə. Bayramov şoka düşdüyündən ölüb. Faktlarla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR