Bank Of Baku

Azərbaycan prezidentliyinə namizəd Fazil Qəzənfəroğlu səs verib

Azərbaycan prezidentliyinə namizəd Fazil Qəzənfəroğlu səs verib
# 15 oktyabr 2008 12:14 (UTC +04:00)
APA-nın müxbirinin məlumatına görə, səsvermədən sonra jurnalistlərə açıqlama verən F. Qəzənfəroğlu seçki prosesinin pozuntusuz keçdiyini bildirib və xalqın normal fəallıq nümayiş etdirdiyini deyib.

«Seçki cəmiyyətin gələcəyi üçün olduqca vacib bir məsələdir. Biz elə etməliyik ki, bu seçki Azərbaycanda ciddi, demokratik inkişaf prosesinin başlanğıcı kimi yadda qalsın. Ümid edirəm ki, xalqın iradəsi bu gün öz hədəfini tapacaq, xalqın dəstəklədiyi insanlar layiq olduğu yeri tutacaq», - deyə prezidentliyə namizəd vurğulayıb

F. Qəzənfəroğlu seçkilərdə öz şansını yüksək qiymətləndirib: «Mən öz şansımı yüksək qiymətləndirirəm. Hesab edirəm ki, xalqdan normal dəstək alsam, ikinci tura yüksəlmək şansım olacaq. Amma bütün nəticələr Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin xeyrinə olacaq».

Məntəqədə seçkinin gedişini 10 yerli müşahidəçi izləyir.

Qeyd edək ki, bu gün həm də F. Qəzənfəroğlunun doğum günüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR