Bank Of Baku

Müdafiə Nazirliyi Şəmkirdə hərbi hissədə baş verən partlayışda iki nəfərin həlak olduğunu, bir nəfər isə yaralandığını təsdiqləyib

Müdafiə Nazirliyi Şəmkirdə hərbi hissədə baş verən partlayışda iki nəfərin həlak olduğunu, bir nəfər isə yaralandığını təsdiqləyib
# 15 oktyabr 2008 15:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Müdafiə Nazirliyi oktyabrın 13-də Azərbaycanın Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissədə baş vermiş partlayışda iki nəfərin həlak olduğunu, bir nəfərin isə ağır yaralandığını təsdiqləyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, həlak olanlardan biri gizir, digəri isə əsgərdir. Onun sözlərinə görə, yaralanmış əsgərin vəziyyəti ağır olaraq qalır. Hadisə ilə bağlı Müdafiə Nazirliyi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR