Bank Of Baku

Yol qəzasında bir nəfər ölüb, bir nəfər isə yaralanıb

Yol qəzasında bir nəfər ölüb, bir nəfər isə yaralanıb
# 16 oktyabr 2008 08:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ötən gecə Bakıda baş vermiş yol-qəzasında bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Astara yolunun 29-cu kilometrliyində baş verib.

Lökbatan qəsəbə sakini, 1950-ci il təvəllüdlü Famil Qüdrət oğlu Misirov idarə etdiyi “Mercedes” markalı, 10 VO 179 dövlət nömrə nişanlı maşını yüksək sürətlə hərəkət edərkən aşırıb. Nəticədə maşının sürücüsü hadisə yerindəcə keçinib.

Maşında olan sərnişinlər, sürücünün həyat yoldaşı Kəmalə Məmmədova və azyaşlı qızı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Həkimlər onların vəziyyətini kafi qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR