Bank Of Baku

Bakıda kirayə qaldığı evi qarət edən qadın həbs edilib

Bakıda kirayə qaldığı evi qarət edən qadın həbs edilib
# 16 oktyabr 2008 08:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda kirayə qaldığı evi qarət edən qadın həbs edilib. Suraxanı Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsinin sakini Tamam Xıdırova polis müraciət edərək yaşadığı evdən küllü miqdarda pul və qızıl zinət əşyalarının oğurlanması barədə məlumat verib.

RPİ-nin 31-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törədənin kimliyi müəyyən edilib. Məlum olub ki, bu həmin evdə kirayəşin yaşayan Sabunçu qəsəbə sakini, 1981-ci il təvəllüdlü Günel Həsənxan qızı Məmmədovadır.

Faktla bağlı G. Məmmədova artıq saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR