Bank Of Baku

Lənkəranda iki yol qəzası olub

Lənkəranda iki yol qəzası olub
# 16 oktyabr 2008 09:06 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Ələt-Astara magistralının 202 kilometrliyində Lənkəran rayonunun Şilavar kəndi ərazisində yol qəzası baş verib. APA-nın Cənub bürosunun xəbərinə görə, Astara rayonu istiqamətindən hərəkət edən Lənkəran rayonunun Darquba kənd sakini, 1975-ci il təvəllüdlü Zaur Rəfail oğlu Əliyevin idarə etdiyi “VAZ-2106” markalı 42 BL 920 dövlət nömrə nişanlı avtomaşın Lənkəran şəhər sakini, 1967-ci il təvəllüdlü Nəriman Fərəməz oğlu Əliyevin idarə etdiyi “ZİL” markalı, 42 AC 452 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Lənkəran şəhər Polis Şöbəsinin baş müstəntiqi Rövşən Rəşidovun APA-nın yerli bürosuna bildirib ki, “VAZ-2106”-nın sürücüsü müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Lənkəran-Boradigah yolunun 6-cı kilometrliyində, Lənkəran rayonunun Veravul kəndi ərazisində də yol qəzası baş verib. Lənkəran rayonunun Xarxatan kənd sakini, 1967-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədovun idarə etdiyi “Mersedes-280” markalı avtomobil həmin rayonun Girdəni kənd sakini, 1971-ci il təvəllüdlü Möhlət Daşdəmir oğlu Babayevin idarə etdiyi “İSUZİ” markalı avtomaşınla toqquşub. Nəticədə “Mersedes”in sürücüsü ağır bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hər iki hadisə ilə bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR