Bank Of Baku

Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qətl hadisəsi baş verib

Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qətl hadisəsi baş verib
# 16 oktyabr 2008 12:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Müdafiə Nazirliyinin Naftalanda yerləşən N saylı hərbi hissəsində qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, əsgər silahdan açdığı atəşlə digər əsgəri qətlə yetirib. Ölən əsgər Əbdüləhəd Eldar oğlu Şahbazovdur. İnsident nəticəsində başqa bir əsgərin də həlak olduğu bildirilir.

Qeyd edək ki, Ə. Şahbazov Füzuli rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. O, Füzuli rayonunun Böyük Bəhmənli kəndinin sakinidir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov APA-ya faktı dəqiqləşdirərək yaxın dəqiqələrdə açıqlama verəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR