Bank Of Baku

Bakıda mənzillərdən qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən şəxs tutulub

Bakıda mənzillərdən qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən şəxs tutulub
# 16 oktyabr 2008 13:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda mənzillərdən qızıl-zinət əşyaları və küllü miqdarda pul oğurlamaqda təqsirləndirilən Şəmkir sakini həbs edilib. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədovun APA-ya verdiyi məlumata görə, son bir ayda Kürdəxanı qəsəbəsi ərazisində evlərdən küllü miqdarda qızıl-zinət əşyaları və pul oğurlanması barədə polis bölməsinə mütamadi məlumatlar daxil olub.
Polis Bölməsi əməkdaşlarının bir ay müddətində apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun iştirakçısı əslən Gürcüstandan olan, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Mustafa Eyyubov yaşadığı rayonda saxlanılıb. Məlum olub ki, 18 yaşlı M. Eyyubov tez-tez Bakıya qohumlarına qonaq gəlir və oğurluq törətdikdən sonra qaçaraq Şəmkir rayonunda bir müddət gizlənirmiş. İlkin dindirilmə zamanı o, paytaxtda törətdiyi bütün oğurluq əməllərini etiraf edib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR