Bank Of Baku

Azərbaycan Müdafiə Nazirliyi hərbi hissədə əsgərin həlak olması faktını təsdiqləyib

Azərbaycan Müdafiə Nazirliyi hərbi hissədə əsgərin həlak olması faktını təsdiqləyib
# 16 oktyabr 2008 14:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Müdafiə Nazirliyi Naftalanda yerləşən N saylı hərbi hissədə əsgərin həlak olması faktını təsdiqləyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov APA-ya bildirib ki, hadisə silahla davranış zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində baş verib.

Sabirabad rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Cahangir Əmrulla İşıqovun əlində avtomat silahın açılması nəticəsində əsgər Əbdüləhəd Eldar oğlu Şahbazov həlak olub.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Ə. Şahbazov 2007-ci ilin iyulunda Füzuli rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. O, Füzuli rayonunun Böyük Bəhmənli kəndinin sakinidir.

Hazırda Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR