Bank Of Baku

Avrasiya Hüquqşünaslar Assosiasiyası prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb

Avrasiya Hüquqşünaslar Assosiasiyası prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb
# 16 oktyabr 2008 15:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Avrasiya Hüquqşünaslar Assosiasiyası 15 oktyabr prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb. Assosiasiyadan APA-ya verilən məlumata görə, qurum seçkiləri 2300-ə yaxın müşahidəçisi vasitəsilə izləyib. Rəydə qeyd olunub ki, səsverməni, səslərin sayılmasını və yekun nəticələrin protokollaşdırılmasını izləyən müşahidəçilərin fəaliyyətinə seçki rəsmləri və icra hakimiyyəti orqanları tərəfindən heç bir maneçilik törədilməyib: “Səsvermə günü seçki məntəqələrinin açılması və səsverməyə hazırlanması prosesi vaxtında və qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilib. Əhalinin yüksək fəallıq göstərməsi müşahidə olunub. Seçki günü adı seçici siyahısında olmayan, amma müvafiq ərazidə qeydiyyatda olan insanlar bürokratik maneələr olmadan, şəxsiyyət vəsiqələrini məntəqə seçki komissiyalarına təqdim etməklə səsverməyə buraxılıblar”.
Rəydə o da qeyd olunub ki, səslərin sayılması və yekun protokolların tərtib olunması zamanı müşahidəçilər tərəfindən heç bir saxtalaşdırma halı qeydə alınmayıb: “Lakin 2 seçki məntəqəsində protokolun surətini müşahidəçilərə təqdim etməkdən boyun qaçırmaq cəhdləri olub və yalnız dairə seçki komissiyasına edilən müraciətdən sonra məsələ həllini tapıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR