Bank Of Baku

Azərbaycandan BMT-nin Uşaq Hüquqları Komissiyasına növbəti hesabat hazırlanır

Azərbaycandan BMT-nin Uşaq Hüquqları Komissiyasına növbəti hesabat hazırlanır
# 27 oktyabr 2008 13:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) BMT-nin Uşaq Hüquqları Komissiyasına hesabat hazırlayır. Komitənin Uşaq Problemləri şöbəsinin müdir müavini Ceyran Rəhmətullayevanın APA-ya verdiyi məlumata görə, hesabatın layihəsi dekabrın ortalarında Prezident Aparatına təqdim olunacaq. Hesabatın 2009-cu ilin sentyabrın 15-dək Komissiyaya təqdim olunacağı gözlənilir. C. Rəhmətullayeva bildirib ki, hər 5 ildən bir hazırlanan hesabatda 54 maddə üzrə məsələlər əks olunacaq. Artıq hesabatın hazırlanması ilə əlaqədar müxtəlif nazirliklərin nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb. Komitə təmsilçisi bildirib ki, əvvəlki hesabatda Azərbaycan hökumətinin üzərin qoyulan bir sıra öhdəliklərə artıq əməl olunub. Bu müddət ərzində Azərbaycanda uşaqlarla bağlı vahid dövlət qurumu - AQUPDK, yerli QHT-lərin və nazirliklərin iştirakı ilə Respublika Koordinasiya Mərkəzi və Ombudsman Aparatının nəzdində Uşaq sektoru yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR