Bank Of Baku

Bakı sakini naməlum şəxslərin hücumuna məruz qalıb

Bakı sakini naməlum şəxslərin hücumuna məruz qalıb
# 27 oktyabr 2008 15:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. 28 May Metro Stansiyasının yaxınlığında soyğunçuluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Zöhrab Hüseyn oğlu Həmidov naməlm şəxslərin hücumuna məruz qalıb. Soyğunçular ona bıçaqla hədə-qorxu gəlməklə üzərində olan pulunu və mobil telefonunu aparıblar. BŞBPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinənlərdən biri - 1988-ci il təvəllüdlü Vasif Asif oğlu Qəribov saxlanılıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən digər soyğunçuların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR