Bank Of Baku

Müslüm Maqomayevin ABŞ-da yaşayan birinci həyat yoldaşı dəfn mərasimində iştirak etməyəcək

Müslüm Maqomayevin ABŞ-da yaşayan birinci həyat yoldaşı dəfn mərasimində iştirak etməyəcək
# 28 oktyabr 2008 11:23 (UTC +04:00)
APA-nın LIFE.RU-ya istinadən verdiyi məlumata görə, Marina atası ilə Moskvada keçirilən vida mərasimində iştirak etmək istəsə də, Rusiyaya viza ala bilməyib. Bu səbəbdən də o, ABŞ-dan birbaşa Bakıya gəlir. Marinanın 7 yaşlı oğlu Müslümün (Alan) isə babasının ölümündən xəbəri yoxdur. M. Maqomayevin xanımı Tamara Sinyavskaya bu xəbəri uşağa çatdırmağı lazım bilməyib. Kiçik Müslüm dünya şöhrətli babasını çox sevirmiş, tez-tez onlara qonaq gəlirmiş. T. Sinyavskaya hesab edir ki, babasının ölüm xəbəri uşağa pis təsir edə bilər.

Amerikada qızı ilə yaşayan M. Maqomayevin birinci həyat yoldaşı Ofeliya da dəfn mərasimində iştirak etmək istədə də, nəvəsi ilə qalmaq məcburiyyətindədir. O, müsahibəsində M. Maqomayevin hazırkı həyat yoldaşı T. Sinyavskaya ilə çox yaxşı münasibətlərinin olduğunu deyib: “Müslümlə məni bağlayan şeylər çox uzaqda qalıb. Tamara mənim ərimi əlimdən almayıb, onlar biz boşanandan sonra tanış olublar. Sinyavskaya Marinanı öz qızı kimi sevir, qızım nəvəmlə tez-tez atasının yanına gedirdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR