Bank Of Baku

Milli Məclis Azərbaycanla Fransa arasında avtomobil yollarının yenidən qurulması ilə bağlı kredit sazişini təsdiqləyib

Milli Məclis Azərbaycanla Fransa arasında avtomobil yollarının yenidən qurulması ilə bağlı kredit sazişini təsdiqləyib
# 28 oktyabr 2008 12:26 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanla Fransanın “BNP- Paribas” Səhmdar Cəmiyyəti arasında 280 kilometr uzunluğunda olan Bakı-Şamaxı-Yevlax yolunun Muğan-Yevlax hissəsinin və Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun yenidən qurulması ilə bağlı layihə üzrə kredit sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib. APA-nın xəbərinə görə, sazişə əsasən, bu yollar yenidən qurulacaq. Saziş layihəsinə 400 milyon ABŞ doları vəsait ayrıldığı bildirilib. Milli Məclis saziş layihəsinin təsdiq olunması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan tərəfdən sazişi Nəqliyyat Nazirliyi imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR