Bank Of Baku

Oğurluq edən iki nəfər yaxalanıb

Oğurluq edən iki nəfər yaxalanıb
# 29 oktyabr 2008 14:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “İnfokey” MMC-dən oğurluq edən iki nəfər həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının “İnfokey” MMC-dən 18-ci polis bölməsinə daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. Aparılan istintaq tədbirləri nəticəsində məlum olub ki, Bakı şəhər sakinləri, 1993-cü il təvəllüdlü Əli Firuddin oğlu Əhmədov və 1987-ci il təvəllüdlü Pərviz Məhəmməd oğlu Əliyev “İnfokey” MMC-dən bir neçə dəfə oğurluq ediblər. Onların barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR