Bank Of Baku

Azərbaycan paytaxtında ata azyaşlı oğlunun başını kəsib

Azərbaycan paytaxtında ata azyaşlı oğlunun başını kəsib
# 29 oktyabr 2008 16:04 (UTC +04:00)
Qətl hadisəsi Əmircan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Xalis Mürsəlov azyaşlı oğlu Nurullah Mürsəlovun boğazını bıçaqla kəsib. Körpə yerindəcə keçinib.

X. Mürsəlov daha sonra həyat yoldaşı Lamiyə Mürsəlovaya bıçaqla ağır bədən xəsarəti yetirib və hadisə yerindən qaçıb. L. Mürsəlova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Hazırda Suraxanı rayon Polis İdarəsinin əməkdaşları X. Mürsəlovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Suraxanı RP-da Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR