Bank Of Baku

İranda həbs olunan azərbaycanlı jurnalist Əlirza Sərrafi həbsxanada aclıq aksiyasına başlayıb

İranda həbs olunan azərbaycanlı jurnalist Əlirza Sərrafi həbsxanada aclıq aksiyasına başlayıb
# 29 oktyabr 2008 16:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından jurnalist Əlirza Sərrafi həbsxanada aclıq aksiyasına başlayıb. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, sentyabrın 10-da Tehranda 20-yə yaxın azərbaycanlı hüquq müdafiəçiləri ilə birgə tutulan Ə. Sərrafi milli ayrı-seçkilikdə ittiham olunub. Tehrandakı “Evin” həbsxanasında saxlanılan Ə. Sərrafi cəzaçəkmə müəssisəsindəki şəraitə etiraz əlaməti olaraq aksiyaya başlayıb. Qeyd edək ki, Ə. Sərrafi “Çənlibel”, “Azərbaycan səsi”, “Yoldaş”, “Varlıq” və “Dilmanc” jurnallarında çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR