Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları 1 saylı istintaq təcridxanasında olublar

Ombudsman Aparatının əməkdaşları 1 saylı istintaq təcridxanasında olublar
# 29 oktyabr 2008 16:43 (UTC +04:00)
Bakı-APA. İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bayıldakı 1 saylı istintaq təcridxanasında olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar Ombudsmana müraciət edən şəxslərlə görüşüblər. Saxlanılan şəxslər istintaq təcridxanasında saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini, saxlanılma şəraitindən narazı olmadıqlarını söyləyiblər. Məlumata görə, bəzi təqsirləndirilən şəxslər istintaqın qeyri-obyektiv aparılması ilə bağlı narazılıqlarını ifadə ediblər. Ombudsmanın nümayəndələri qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həll edilməsi üçün Müvəkkilə məlumat veriləcəyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR