Bank Of Baku

Naxçıvanın polis orqanlarında 14 vakant yer üçün müsabiqə elan edilib

Naxçıvanın polis orqanlarında 14 vakant yer üçün müsabiqə elan edilib
# 30 oktyabr 2008 07:21 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında orta rəis heyəti vəzifələri üzrə 14 vakant yer üçün müsabiqə elan edib. Müsabiqə Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, müsabiqə test imtahanlarından və müsahibədən ibarət olacaq. İlkin mərhələ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali hüquq təhsili proqramına və daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, eləcə də insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid suallar üzrə keçiriləcək. Bu mərhələni keçən namizədlərlə növbəti müsahibə mərhələsi Naxçıvan MR DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılacaq. Sənədlərin qəbulu noyabrın 28-dək davam etdiriləcək.
Qeyd edək ki, müsabiqədən uğurla keçmiş 14 namizəddən 4-ü muxtar respublikanın regionları üzrə cinayət axtarış üzrə əməliyyat müvəkkili, 6-sı polis sahə inspektoru , 3-ü təhqiqatçı, 1-i isə narkotiklərlə mübarizə üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR