Bank Of Baku

İki yaşlı övladının başını kəsərək qətlə yetirən Suraxanı sakini həbs edilib

İki yaşlı övladının başını kəsərək qətlə yetirən Suraxanı sakini həbs edilib
# 30 oktyabr 2008 07:26 (UTC +04:00)
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, 1985-ci il təvəllüdlü Xalis Mürsəlov gecə saatlarında yaşadığı evə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, X. Mürsəlov qətl hadisəsini sərxoş vəziyyətdə törədib. Hətta saxlanılan zaman da onun, orta dərəcəli sərxoş vəziyyətdə olduğu məlum olub.
Qeyd edək ki, Suraxanı rayon Əmircan qəsəbə sakini X. Mürsəlov ötən gün 2 yaşlı oğlu Nurullah Mürsəlovun boğazını kəsərək qətlə yetirib. Körpəni öldürəndən sonra isə o, həyat yoldaşı Lamiyə Mürsəlovaya da bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən L. Mürsəlovanın hazırda vəziyyətinin normallaşdığı bildirilir.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR