Bank Of Baku

Bakıda oğurluqda təqsirləndirilən dəstə üzvləri zərərsizləşdirilib

Bakıda oğurluqda təqsirləndirilən dəstə üzvləri zərərsizləşdirilib
# 30 oktyabr 2008 07:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında oğurluqla məşğul olmaqda təqsirləndirilən dəstə üzvləri zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə “İnfokey” MMC-də oğurluq hadisəsinin olması barədə məlumat daxil olub. Bölməyə daxil olan məlumat əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri - 1993-cü il təvəllüdlü Əli Firuddin oğlu Əhmədov, 1992-ci il təvəllüdlü Samir Rəşid oğlu Abdullayev, 1987-ci il təvəllüdlü Habil Nökər oğlu Əliyev və 1986-cı il təvəllüdlü Pərviz Məhəmməd oğlu Əliyev həbs edilib. Aparılan istintaq tədbirləri zamanı məlum olub ki, dəstə üszvləri paytaxtda qısa müddət ərzində müxtəlif vaxtlarda çoxlu sayda oğurluq əməli törədiblər. Bildirilib ki, onlar “İnfokey” MMC-dən 7 ədəd mobil telefon, 1 ədəd “Sony” markalı rəqəmsal fotoaparat, 1 ədəd kompüter və DVD, Mayokovski küçəsində yerləşən ticarət obyektindən 30 ədəd ayaqqabı, həmin küçədəki başqa bir mağazadan 4 ədəd pəncərə və 5 ədəd qapı, Gənclik metrosunun yaxınlığında “VAZ-2107” markalı avtomobildən magnitafon, səs gücləndirici və.s əşyalar oğurlayıblar. Məlumata görə, dəstə üzvləri ilkin dindirilmə zamanı törətdikləri oğurluq əməllərini etiraf ediblər. Onların barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR