Bank Of Baku

Azərbaycanda adam öldürməkdə təqsirli bilinərək barəsində beynəlxalq axtarış elan olunmuş Gürcüstan vətəndaşı Özbəkistanda həbs edilib

Azərbaycanda adam öldürməkdə təqsirli bilinərək barəsində beynəlxalq axtarış elan olunmuş Gürcüstan vətəndaşı Özbəkistanda  həbs edilib
# 30 oktyabr 2008 08:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda adam öldürməkdə təqsirli bilinərək barəsində beynəlxalq axtarış elan olunmuş Gürcüstan vətəndaşı İnterpolun xətti ilə Özbəkistanda həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gürcüstan vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbi Əflatun oğlu Əliyev 2006-cı ildən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub. Bildirilib ki, o, həmin dövrdə üzvü olduğu Gürcüstan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qrupun daxilində Azərbaycanın paytaxtında və digər bölgələrdə quldurluq və adam öldürmək kimi cinayətlərdə iştirak edib. Məlumata görə, 7 nəfərdən ibarət olan bu qrupun N. Əliyevdən başqa bütün üzvləri 2007-ci ildə həbs olunub. Barəsində beynəlxalq axtarış elan edilmiş N. Əliyev isə Nərimanov rayon Polis İdarəsi tərəfindən İnterpolun xətti ilə Özbəkistan Respublikasının Səmərqənd şəhərində həbs edilib. Hazırda onun Azərbaycana ekstradisiya olunması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR