Azərbaycanda bu il ərzində insan alveri ilə bağlı 342 cinayət aşkarlanıb
APA-nın xəbərinə görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Milli Məclisə hazırladığı məruzəsində yer alıb. Milli Məclisin növbəti iclasında təqdim olunacaq məruzədə insan alverinin qurbanı olan 72 nəfər müəyyən edildiyi, onların da demək olar ki, hamısı qadınlar olduğu əks olunub. Məruzə axtarışda olan 79 nəfərin 52 faizinin (41 nəfər), o cümlədən İnterpol xətti ilə 6-nın tutulması təmin edildiyi, 38 cinayətkar qrupun zərərsizləşdirildiyi qeyd olunub.
Məruzədə ABŞ Dövlət Departamentinin 2007-ci il üçün hesabatında Azərbaycanın “2-ci qrupun” nəzarət siyahısına enməsinin anlaşılmaz olduğu bildirilib: “Hesabatın istinad olunduğu mənbələr, qiymətləndirmə kriteriyaları təəccüb doğurmaya bilməz. Araşdırmalar göstərir ki, insan alverinin qarşısının alınması sahəsində yetərli təcrübəsi olmayan bəzi qeyri-hökumət təşkilatlarının subyektiv fikri, eləcə də qərəzli mövqeyi ilə seçilən ayrı-ayrı hüquq müdafiəçilərinin məlumatları əsasında hazırlanan həmin sənəddə öz əksini tapmış məqamlar əslində həqiqəti əks etdirmir”.
Məruzədə latent xarakter daşıyan bu növ cinayətlərin qarşısının alınması və aşkarlanması üzrə 2007-ci ildə həyata keçirilən tədbirlərin əvvəlki dövrlərlə müqayisədə daha fəal olmaqla məqsədyönlü xarakter daşıdığı, müvafiq iş göstəricilərinin dinamikasının yüksələn xətt üzrə inkişaf etdiyi qeyd olunub: “Belə ki, respublika qanunvericiliyində insan alverini özü-özlüyündə cinayət kimi tanıyan və cəza təhdidi altında qadağan edən normanın təsbit edildiyi 2005-ci ilin sentyabr ayından sonrakı dövrdə - yəni 2006-cı ildə 27 fakt, 86 qurban, 2007-ci ildə 74 fakt, 101 qurban aşkar edilmişdisə, təkcə bu ilin 10 ayında 68 cinayət faktı və 72 qurban müəyyən olunub. Göstərilən artım ildən-ilə fəaliyyətin effektivliyinin və qeyri-aşkar şəraitdə törədilən müvafiq əməllərin aşkarlanması üzrə işin yaxşılaşmasından, əməkdaşların professionallığının yüksəlməsindən, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin məqsədyönlü və düzgün qurulmasından irəli gəlir”.
Qeyd olunub ki, qurbanların sayının əvvəlki illə müqayisədə çox olması – məhz insan alverinə qarşı aparılan sistemli mübarizənin məntiqi nəticəsidir.
Məruzədə, həmçinin 2008-ci ilin ötən dövründə sığınacağa yerləşdirilən 48 nəfərdən əksəriyyətinin cəmiyyətə reinteqrasiya olunduğu, 7-nin işlə təmin edildiyi, 3-ün peşə kurslarına göndərildiyi, 9 qurbana cinayət nəticəsində dəymiş maddi ziyanın isə məhkəmə proseslərində ödətdirildiyi əks olunub: “İnsan alverindən zərər çəkmiş 41 nəfərə reinteqrasiya dövründə müavinətlər verilib”.
Koordinatorun məruzəsində insan alverinə qarşı mübarizədə iştirak edən qeyri-hökumət təşkilatları şəbəkəsinin, eləcə də “Traffikinq” adlanan yeni internet satının yaradılmasının nəzərdə tutulduğu bildirilib: “Hazırda aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə insan alveri qurbanlarının Milli İstiqamətləndirmə Mexanizmlərinin yaradılmasına dair məsləhətləşmələr keçirilir. Eyni zamanda, Azərbaycan prezidentinin İcra Aparatı ilə birgə yeni Milli Fəaliyyət Proqramının hazırlanması yönündə iş aparılır”.
Hadisə
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı məhkəmə başlayıb
Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verilib
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Xəbər Lenti
Tramp: İsrail Livanda daha yumşaq davranmalıdır
Rütte NATO daxilində fikir ayrılıqlarını azaltmaq üçün ABŞ-a səfər edəcək
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir
Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər
DÇ-2026-da növbəti sensasiya: Portuqaliya Konqo DR ilə heç-heçə edib
CNN ABŞ və İran arasında əldə olunan 14 maddəlik anlaşma memorandumunun mətnini dərc edib
İran öhdəlikləri yerinə yetirdikcə ABŞ sanksiyaları mərhələli şəkildə ləğv edəcək
Vladimir Putin Kazanda Hakan Fidanı qəbul edib
Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
İsrail Qəzzada HAMAS-ın snayper bölməsinin komandirinin məhv edildiyini açıqlayıb
Tramp: İranla müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi
ABŞ Rusiya və Çini nüvə silahlarının azaldılması ilə bağlı birgə saziş bağlamağa çağırıb
ABŞ Prezidenti: Zelenski və Putin danışmalıdır, lakin bunu necə edəcəklərini bilmirlər
Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
Ağdamda sel təhlükəsi aradan qaldırılıb, 60 evin qaz təchizatı bərpa edilib - YENİLƏNİB
Tramp: ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO - YENİLƏNİB
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı məhkəmə başlayıb
Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq olub
Əmanətlərin Sığortalanması Fondunda ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verilib
Samvel Karapetyanın seçki blokundan deputatlığa namizəd tutulub
Sosial xidmətin inkişafına dair Dövlət Poqramının icrası müzakirə olunub
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
"Bloomberg": Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Xətaidə mağazadan 10 min manat oğurlanıb
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir
ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Həbsdə olan şəxsin vaxtilə gizlətdiyi silahlar tapılıb - FOTO
“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib
Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və iki körpünü vurub
Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olub
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Müdafiə naziri: Ukrayna dronları Krımı adaya çevirəcək
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib