Bank Of Baku

Azərbaycan paytaxtında 9-cu sinif şagirdi dostunu bıçaqlayıb

Azərbaycan paytaxtında 9-cu sinif şagirdi dostunu bıçaqlayıb
# 30 oktyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 9-cu sinif şagirdi pul üstündə dostunu bıçaqlayıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Zamir Qərib oğlu Yusifov dostu, 10-cu sinif şagirdi, 1991-ci il təvəllüdlü Əli Hakim oğlu Məmmədovu bıçaqlayıb.

Qarın nahiyəsindən ağır bıçaq zərbəsi alan Ə. Məmmədovun üzərində cərrahiyyə əməliyyatı aparılıb, öd kisəsi yararsız hala düşdüyü üçün çıxarılıb. Z. Yusifov Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs ilkin dindirilmə zamanı hadisəni pul üstündə törətdiyini etiraf edib. Faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR