Bank Of Baku

Mirzə Sakit 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək

Mirzə Sakit 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək
# 30 oktyabr 2008 15:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ombudsman Aparatının nümayəndələri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 və 14 saylı cəzaçəkmə müəssisələrinə baxış keçiriblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Eynulla Fətullayevlə söhbət zamanı o, səhhəti ilə bağlı şikayət etməyib, bir qədər əvvəl bu müəssisədə digər məhkumla probleminin olduğunu bildirib. E. Fətullayev həmin məsələnin artıq yoluna qoyulduğunu və hazırda Cəzaçəkmə Müəssisəsi ilə bağlı problemin olmadığını söyləyib.
E. Fətullayevin də iştirak etdiyi söhbət zamanı cəzaçəkmə müəssisəsinin rəisi onun həyatına hər hansı bir təhlükənin olmadığını deyib.
Ombudsmanın nümayəndələri 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidovla (Mirzə Sakit) da görüşüblər. M. Sakit söhbət zamanı müəssisənin əməkdaşı E. Quliyev tərəfindən döyüldüyünü və adı çəkilən müəssisədə özünə qarşı qərəzli münasibət bəsləndiyini söyləyib. Müəssisə rəhbərliyinin iştirakı ilə keçirilən söhbət zamanı onlar M. Sakitə güc tətbiq edilmədiyini bildiriblər.
Bildirilib ki, Ombudsman Elmira Süleymanova hər iki məhkumun qaldırdığı məsələlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Məlumata görə, M. Sakit bu günlərdə 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR