Bank Of Baku

12 yaşlı qız yol qəzasında ölüb

12 yaşlı qız yol qəzasında ölüb
# 30 oktyabr 2008 16:15 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda ölümlə nəticələnən yol qəzası olub. Şəki rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Aşağı Göynük kəndi ərazisində bu gün baş verib. Rayonun Bilərcik kənd sakini, 1990-cı il təvəllüdlü Laçın Tahirov idarə etdiyi “VAZ-21011” markalı, 34 BA 133 dövlət nömrə nişanlı avtomobillə həmkəndlisi, 1996-cı il təvəllüdlü Aytac İbrahimovanı vurub. Ağır bədən xəsarətləri alan A. İbrahimova Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı Şəki RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR