Bank Of Baku

Məhkəmə “İdeal” qəzetinin baş redaktorunun məcburi qaydada məhkəməyə gətirilməsinə sanksiya verib - YENİLƏNİB

Məhkəmə “İdeal” qəzetinin baş redaktorunun məcburi qaydada məhkəməyə gətirilməsinə sanksiya verib - <font color=red>YENİLƏNİB</font>
# 30 oktyabr 2008 15:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Nəsimi rayon Məhkəməsi “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edib. Bu barədə qərar oktyabrın 29-da hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub. Hakim E. Əhmədov APA-ya bildirib ki, N. Quliyevə Tənzilə Rüstəmxanlının ona qarşı qaldırdığı iddia əsasında keçirilən məhkəmə iclaslarında iştirak üçün bir neçə dəfə bildiriş göndərilsə də, cavabdeh tərəf proseslərə qatılmayıb. Odur ki, məhkəmə onun prosesə məcburi qaydada gətirilməsinə sanksiya verib: “Biz Nazim Quliyevin məhkəməyə gəlməsinə çalışırıq. Bəlkə gəlib prosesdə öz təqsirsizliyini sübut edəcək”.

Qeyd edək ki, N. Quliyevlə bağlı daha bir neçə iddiaya isə gələn həftə baxılacaq. N. Quliyevlə yanaşı, qardaşının baş redaktoru olduğu “Gündəm” qəzeti barədə də məhkəməyə iddialar təqdim olunub.

Xatırladaq ki, N. Quliyev bundan əvvəl də bir neçə dəfə həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR