Bank Of Baku

Bakıda taksi sürücüsünə silahlı basqın olub

Bakıda taksi sürücüsünə silahlı basqın olub
# 31 oktyabr 2008 13:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında taksi sürücüsünə qarşı silahlı basqın olub. Nizami rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10.00 radələrində baş verib. Bildirilib ki, Elçin Əzizağa oğlu Hüseynova məxsus, taksi kimi istifadə olunan, “Mercedes” markalı, 10 FH 080 dövlət nömrə nişanlı avtomobil iki naməlum şəxs tərəfindən qaçırılıb. Basqınçılar hadisəni törədərkən silahlı olublar. Sürücü istintaqa verdiyi ifadəsində basqınçıların ona avtomatla hədə qorxu gəldiyini bildirib. Hazırda Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. Polis bölməsindən həmçinin bildirilib ki, qaçırılan maşın artıq tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR