Bank Of Baku

Vilayət Eyvazov: “ABŞ Dövlət Departamentinin Azərbaycanda insan alveri ilə bağlı hesabatı reallığı əks etdirmir”

Vilayət Eyvazov: “ABŞ Dövlət Departamentinin Azərbaycanda insan alveri ilə bağlı hesabatı reallığı əks etdirmir”
# 31 oktyabr 2008 13:31 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib. Nazir müavini deyib kİ, həmin hesabat qeyri-peşəkar hüquq müdafiəçiləri və QHT-in məlumatları əsasında hazırlanıb. V. Eyvazov onu da deyib ki, Azərbaycanda insan alverinin qurbanları üçün yeni reabilitasiya mərkəzləri açılacaq. Onun sözlərinə görə, bu il 41 insan alveri qurbanına müavinətlər verilib. Nazir müavini Azərbaycanın insan alverində həm mənşə, həm təyinat, həm də tranzit ölkə kini istifadə olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycandan olan insan alveri qurbanları əsasən Birləşmiş Ərəb Əmirliklərinə və Türkiyəyə aparılıblar. Azərbaycana isə Orta Asiya, Rusiya və Moldova kimi ölkələrdən insan alverinin qurbanları gətirilib. V. Eyvazovun sözlərinə görə, bu cinayəti törədənlərin 90 faizindən çoxu qadınlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR