Bank Of Baku

Şəkidə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr olunan seminar keçirilib

Şəkidə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr olunan seminar keçirilib
# 31 oktyabr 2008 13:53 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Bu gün Şəkidə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinə həsr olunan seminar keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Ombudsman Elmira Süleymanova, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Teymur Məlikaslanov, Milli QHT Forumu İdarə Heyətinin üzvü Aydın Kərimov, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Ombudsman E. Süleymanova seminarda ölkədə insan hüquqlarının qorunması, 15 oktyabr prezident seçkiləri barədə çıxış edib. T. Məlikaslanov Ümumdünya İnsan Hüquqları Bəyannaməsi haqqında seminar iştirakçılarına məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR