Bank Of Baku

Azərbaycan paytaxtında maşın qaçıran 15 yaşlı yeniyetmə həbs edilib

Azərbaycan paytaxtında maşın qaçıran 15 yaşlı yeniyetmə həbs edilib
# 01 noyabr 2008 08:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında maşın qaçıran 15 yaşlı yeniyetmə həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1993-cü il təvəllüdlü Orxan Mətləb oğlu Rəhmanlı başqasına məxsus avtomobili oğurlamaqda təqsirli bilinir.

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılıb. O. Rəhmanlı barəsində Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitələrini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR